Toxunma Qız Ürəyinə

Famil Mehdi, Oqtay Rəcəbov

[Bənd 1]
Toxunma qız ürəyinə
Tez kövrəlib sına bilər
Bəzən soyuq bir baxışdan
Qız ürəyi dona bilər

Qız ürəyi quş yuvası
Əl vursan, quşlar hürküşər
Pozular göydə sırası
Durnalar da ayrı düşər

[Nəqərat]
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

[Bənd 2]
Toxunma qız ürəyinə
Eşidər qızlar, inciyər
Yerdə bulaqlar inciyər
Göydə ulduzlar inciyər

Küsdürmə qız ürəyini
Küsər səndən öz ürəyin
Günahından, taqsırından
Heç zaman keçməz ürəyin

[Nəqərat]
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Curiosidades sobre a música Toxunma Qız Ürəyinə de Şövkət Ələkbərova

Quando a música “Toxunma Qız Ürəyinə” foi lançada por Şövkət Ələkbərova?
A música Toxunma Qız Ürəyinə foi lançada em 2022, no álbum “İfalar, Vol.2”.
De quem é a composição da música “Toxunma Qız Ürəyinə” de Şövkət Ələkbərova?
A música “Toxunma Qız Ürəyinə” de Şövkət Ələkbərova foi composta por Famil Mehdi, Oqtay Rəcəbov.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de