Bakı Mənim

Rəsul Rza, Vasif Adigozalov

[Bənd 1]
Xəzərinin sinəsi gah zil, gah da bəm olur
Yarpaqların, güllərin niyə hərdən nəm olur?
Səndən ayrı düşəndə könlüm dolu qəm olur
Səndən ayrı düşəndə könlüm dolu qəm olur

[Nəqərat]
Qucağında Xəzərin yatıb, dincələn Bakı
Qarı, çiskin yağışı, əyri-köndələn Bakı...
Qucağında Xəzərin yatıb, dincələn Bakı
Qarı, çiskin yağışı, əyri-köndələn Bakı

[Bənd 2]
Hələ neçə küçədə güllər dəstələnməyib
Hələ neçə nəğmənin xalı bəstələnməyib
Yüz il ömür sürəydim, bir gün xəstələnməyib
Yüz il ömür sürəydim, bir gün xəstələnməyib

[Nəqərat]
Yazaydım, yaradaydım şah nəğməmi mən, Bakı
Oxuyaydım hər yanda onu ürəkdən, Bakı
Yazaydım, yaradaydım şah nəğməmi mən, Bakı
Oxuyaydım hər yanda onu ürəkdən, Bakı
Onu ürəkdən, Bakı...

Curiosidades sobre a música Bakı Mənim de Şövkət Ələkbərova

Quando a música “Bakı Mənim” foi lançada por Şövkət Ələkbərova?
A música Bakı Mənim foi lançada em 2022, no álbum “İfalar, Vol. 1”.
De quem é a composição da música “Bakı Mənim” de Şövkət Ələkbərova?
A música “Bakı Mənim” de Şövkət Ələkbərova foi composta por Rəsul Rza, Vasif Adigozalov.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de