Şən Azərbaycan

Polad Bülbüloğlu, Məstan Günər

[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 2]

El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 3]

Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!

Curiosidades sobre a música Şən Azərbaycan de Şövkət Ələkbərova

Quando a música “Şən Azərbaycan” foi lançada por Şövkət Ələkbərova?
A música Şən Azərbaycan foi lançada em 2022, no álbum “İfalar, Vol. 6”.
De quem é a composição da música “Şən Azərbaycan” de Şövkət Ələkbərova?
A música “Şən Azərbaycan” de Şövkət Ələkbərova foi composta por Polad Bülbüloğlu, Məstan Günər.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de