Qoy Gülüm Gəlsin, Ay Nənə

Xalq Mahnısı

[Bənd 1]
Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm
Dindirməyin, qəmliyəm
Bir şirin dilə bəndəm

[Nəqərat]
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!

Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!

[Bənd 2]
Bu gələn haralıdır?
Dağların maralıdır
Əyil, üzündən öpüm
Ürəyim yaralıdır

[Nəqərat]
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!

Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!

[Bənd 3]
Mən əziziyəm, zirəsən
Zəfəransan, zirəsən
O günə qurban demişəm
Sən qapıdan girəsən

[Nəqərat]
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!

Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə, ey

[Bənd 4]
Qarabağın düzü var
Düzlərində quzu var
İki könül bir olsa
Kimin ona sözü var

[Nəqərat]
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!

Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə, hey!

Curiosidades sobre a música Qoy Gülüm Gəlsin, Ay Nənə de Şövkət Ələkbərova

Quando a música “Qoy Gülüm Gəlsin, Ay Nənə” foi lançada por Şövkət Ələkbərova?
A música Qoy Gülüm Gəlsin, Ay Nənə foi lançada em 2022, no álbum “İfalar, Vol. 6”.
De quem é a composição da música “Qoy Gülüm Gəlsin, Ay Nənə” de Şövkət Ələkbərova?
A música “Qoy Gülüm Gəlsin, Ay Nənə” de Şövkət Ələkbərova foi composta por Xalq Mahnısı.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de