Oxu, Tar

Mikayıl Müşfiq, Ramiz Mirişli

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

[Bənd 1: İslam Rzayev]
Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Səni də avara eyləmiş
Dağınıq telli bir zərəfşan
Onunçün segahın danışır
Pərişan, pərişan

O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim

Oxu, tar
Səni kim unudar?

Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

Curiosidades sobre a música Oxu, Tar de Şövkət Ələkbərova

Quando a música “Oxu, Tar” foi lançada por Şövkət Ələkbərova?
A música Oxu, Tar foi lançada em 2022, no álbum “İfalar, Vol. 3”.
De quem é a composição da música “Oxu, Tar” de Şövkət Ələkbərova?
A música “Oxu, Tar” de Şövkət Ələkbərova foi composta por Mikayıl Müşfiq, Ramiz Mirişli.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de