Ömür (Dost Yanında)
[Bənd 1]
Əsrim ucaldıqca mən də ucaldım
Damlaydım xalqımın ümmanında mən
Dostumun xoş günü görünməz oldum
Oldum ağır gündə dost yanında mən
[Bənd 2]
Oldum ağır gündə dost yanında mən
Kimə dost dedimsə, elə dost dedim
Düşmənlər içində mən dost gəzmədim
Dedim öz sözümü öz sənətimlə
[Bənd 3]
Dövrəmdə nə qədər dostum, yaşıdım
Heç kimə bənzəməz xasiyyətimlə
Hamıya bənzəyən ömür yaşadım
Oldum ağır gündə dost yanında mən
[Bənd 4]
Güc alıb min, milyon qardaşlarımdan
Səsimi nəslimin səsinə qatdım
Doğma misraların sal daşlarından
Ey ömür, mənə sənə heykəl ucaltdım
Ey ömür, mənə sənə heykəl ucaltdım