Niyə Susdun, Gözəl Oğlan
[Bənd 1]
Hər gün məni izləyirsən kölgə kimi
Deyirsən ki, tükətdin tamam səbrimi
Söz açıb and içirsən hər addımda sən
Yalvarırsan, könlümün gəl ol sirdaşı
[Nəqərat]
Şirin dilin var, xoş qamətin
Kənd içində çoxdur şöhrətin
Kənd qiymətli üzükdür, mən onun qaşı
Soyuq olma, alışdı bağrımın başı
[Bənd 2]
Oğlan, sənin sözünü saymıram yalan
Gəlini də göz üstə saxlayar anan
At sürərsən yel kimi Cıdır zamanı
Toylarda sənin kimi saz çalan hanı?
[Nəqərat]
Dostların sevir söhbətini
Hərə sayır xoş ülfətini
Səni görəndə coşur gənclərin qanı
Gəzirsən qarış-qarış kəndi, obanı
[Bənd 3]
Könül vermir bəs niyə bircə qız sənə?
Qız düşüncək hamı deyir qayğısız sənə
Niyə susdun, bəlkə sözümdən utandın?
Boş dolanma, işində dillənsin adın
[Nəqərat]
O vaxtı, oğlan, hər gənc ürək
Səni xoşlayacaq, sevəcək
Qızların nəğməsində gəzəcək adın
Anana deyəcəklər: Gözlərin aydın