Laylay

Xalq Mahnısı

[Bənd 1]
Şirin-şirin yat, ay bala
Boya-başa çat, ay bala
Sən də bir gün öz səsini
El səsinə qat, ay bala

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay

[Bənd 2]
Hər şöhrətim, şanım sənsən
Candan ayrı canım sənsən
Nə təmizdir gül nəfəsin
Sən ətirli bir çəmənsən

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay

[Bənd 3]
Yat, ay quzum, şirin-şirin
Həyat sənin, dövran sənin
Qayğısıyla boy atırsan
Qucağında bu vətənin

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən

Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay...

Curiosidades sobre a música Laylay de Şövkət Ələkbərova

Quando a música “Laylay” foi lançada por Şövkət Ələkbərova?
A música Laylay foi lançada em 2022, no álbum “İfalar Vol. 8”.
De quem é a composição da música “Laylay” de Şövkət Ələkbərova?
A música “Laylay” de Şövkət Ələkbərova foi composta por Xalq Mahnısı.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de