Gəldi Xoş Bahar

Ramiz Mirişli, Fikrət Qoca

[Bənd 1]
Gəldi xoş bahar, çiçəklər oyandı
Açdı qızılgül, yolumda dayandı
Durdun yolumda, sən aldın fikrimi
O qızılgül kimi, o qızılgül kimi

Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı

[Bənd 2]
Gəldi qaranquş qoşulub küləyə
Gəldi nəğməsi bülbülə köməyə
Yağdı nəğmələr yarpaqlar üstünə
İlk bahar üstünə, ilk bahar üstünə

Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı

[Bənd 3]
Baxdın, baxışın laləni bəzədi
Güldün, gülüşün güllərə bənzədi
Gəldin, gəlişin gətirdi baharı
Bəzədi yolları, bəzədi yolları

Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
Gəldi xoş bahar...

Curiosidades sobre a música Gəldi Xoş Bahar de Şövkət Ələkbərova

Quando a música “Gəldi Xoş Bahar” foi lançada por Şövkət Ələkbərova?
A música Gəldi Xoş Bahar foi lançada em 2022, no álbum “İfalar, Vol. 5”.
De quem é a composição da música “Gəldi Xoş Bahar” de Şövkət Ələkbərova?
A música “Gəldi Xoş Bahar” de Şövkət Ələkbərova foi composta por Ramiz Mirişli, Fikrət Qoca.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de