Gələrəm

[Bənd 1]
Mən səni görməyə kəndə canana
Bahar xoş ətrini saçanda gəlləm
Təzə bar düşəndə bağa-bostana
Lalələr, nərgizlər açanda gəlləm

[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları

Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm

[Bənd 2]
Bürünsün dağların döşü zanbağa
Sürülər baş alıb yönəlsin dağa
Çobanlar baxmayıb şaxta-sazağa
Bu yurddan o yurda köçəndə gəlləm

[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları

Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm

[Bənd 3]
Yolumu kəsməyib nə çovğun, nə qar
Kəsibdir dil açan, dinən arzular
Önündə imtahan, qüssəli dağlar
Qalxıb zirvəsindən aşanda gəlləm

[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları

Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm

Curiosidades sobre a música Gələrəm de Şövkət Ələkbərova

Quando a música “Gələrəm” foi lançada por Şövkət Ələkbərova?
A música Gələrəm foi lançada em 2022, no álbum “İfalar, Vol.2”.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de