Bilsəm, Sən Gəlirsən

Süleyman Ələsgərov, Zahid Xəlilov

[Bənd 1]
Bilsəm, sən gəlirsən, inan, o gündən
Gəldiyin yollara ləpələnərdim
Bilsəm, sən gəlirsən, mən ulduz-ulduz
Doğranıb yoluna səpələnərdim

[Nəqərat]
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün

Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün

[Bənd 2]
Bilsəm, sən gəlirsən, sənin vəsfinə
Hələ deyilməmiş söz axtarardım
Bilsəm ki, gəlirsən, inan, hüsnünə
Baxmağa bir cüt də göz axtarardım

[Nəqərat]
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün

Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün

[Bənd 3]
Bilsəm, sən gəlirsən, hər istəyimi
Səpərdim yollara ətək-ətək mən
Gəldiyin yollara öz ürəyimi
Açardım taybatay pəncərəmtək mən

[Nəqərat]
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün

Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün

Curiosidades sobre a música Bilsəm, Sən Gəlirsən de Şövkət Ələkbərova

Quando a música “Bilsəm, Sən Gəlirsən” foi lançada por Şövkət Ələkbərova?
A música Bilsəm, Sən Gəlirsən foi lançada em 2022, no álbum “İfalar Vol. 9”.
De quem é a composição da música “Bilsəm, Sən Gəlirsən” de Şövkət Ələkbərova?
A música “Bilsəm, Sən Gəlirsən” de Şövkət Ələkbərova foi composta por Süleyman Ələsgərov, Zahid Xəlilov.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de