Ay Gözəl

Xalq Mahnısı

[Bənd 1: Xan Şuşinski]
Ay gözəl, gedək gəzməyə bağa
Ay gözəl, gedək gəzməyə bağa
Qoy bir az baxım o gül yanağa

[Şövkət Ələkbərova]
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?

[Bənd 2: Xan Şuşinski]
Ay qız, sevmişəm gül camalını
Ay qız, sevmişəm gül camalını
Bir insaf elə, göstər xalını

[Şövkət Ələkbərova]
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?

[Bənd 3: Xan Şuşinski]
Xumar dodağın dərdimə dərman
Xumar dodağın dərdimə dərman
Onları mənə göstər, ay canan

[Şövkət Ələkbərova]
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?

[Bənd 4: Xan Şuşinski]
Sən bizim eldə bir nazlı dilbər
Sən bizim eldə bir nazlı dilbər
Səbrim qalmadı, qaşını göstər

[Şövkət Ələkbərova]
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?

Curiosidades sobre a música Ay Gözəl de Şövkət Ələkbərova

Quando a música “Ay Gözəl” foi lançada por Şövkət Ələkbərova?
A música Ay Gözəl foi lançada em 2022, no álbum “İfalar, Vol. 1”.
De quem é a composição da música “Ay Gözəl” de Şövkət Ələkbərova?
A música “Ay Gözəl” de Şövkət Ələkbərova foi composta por Xalq Mahnısı.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de