Aşiqəm
[Bənd 1]
Günəşli ölkəmin aşiqiyəm mən
Nə devlətə, nə də vara aşiqəm
Öldürsələr, yalan gəlməz dilimə
Doğru sözə, düz ilqara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Doğru sözə, düz ilqara aşiqəm...
[Bənd 2]
Mən elimdən, obamdan ilham aldım
Yurdumun adını dastana saldım
Sənətimlə şöhrət tapdım, ucaldım
Xalqımdakı etibara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Xalqımdakı etibara aşiqəm...
[Bənd 3]
Yeni həyat, yeni büsat qurmuşam
Bir əsgərtək keşiyində durmuşam
Zəfər nəğməsilə ötən bir quşam
Yurdumdakı ilk bahara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Yurdumdakı ilk bahara aşiqəm...
[Bənd 4]
Artdıqca yurdumun şəni, rövnəqi
Coşur ilhamımın qaynar bulağı
Nəğməm gəzir hər obanı, oylağı
Sənətkaram, sənətkara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Sənətkaram, sənətkara aşiqəm...