Ana Kür

Emin Sabitoğlu, Nəbi Xəzri

[Bənd 1]
Yaşıl çölə-çəmənə
Laylay deyir Kür çayı
Yaşıl çölə-çəmənə
Laylay deyir Kür çayı

Günəşin tellərinə
Gülümsəyir Kür çayı
Günəşin tellərinə
Gülümsəyir Kür çayı

[Nəqərat]
Arzum, diləyim mənim
Əzəl gündən sənindir
Coşan ürəyim mənim
Sənin gur sinəndədir
Coşan ürəyim mənim
Sənin gur sinəndədir

[Keçid]
Ay Kürüm, ümman Kürüm
Düzləri dolan, Kürüm
Mənə ilhamsan, Kürüm
Anamsan, Kürüm

[Bənd 2]
Çağla hər zaman, Kürüm
Qoy eşqim ağ gün olsun
Çağla hər zaman, Kürüm
Qoy eşqim ağ gün olsun

Ay coşub daşan Kürüm
Özüntək ömrün olsun
Ay coşub daşan Kürüm
Özüntək ömrün olsun

[Nəqərat]
Çöllər səndən su içir
Söyüdlər kölgə salır
İllər, əsrlər keçir
Kür çayı cavan qalır
İllər, əsrlər keçir
Kür çayım cavan qalır

[Çıxış]
Ay Kürüm, ümman Kürüm
Həmişə cavan Kürüm
Mənə ilhamsan, Kürüm
Anamsan, Kürüm

Curiosidades sobre a música Ana Kür de Şövkət Ələkbərova

Quando a música “Ana Kür” foi lançada por Şövkət Ələkbərova?
A música Ana Kür foi lançada em 2023, no álbum “İfalar Vol. 10”.
De quem é a composição da música “Ana Kür” de Şövkət Ələkbərova?
A música “Ana Kür” de Şövkət Ələkbərova foi composta por Emin Sabitoğlu, Nəbi Xəzri.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de