Ad Günü

Bəxtiyar Kərimov, Bəxtiyar Vahabzadə

[Bənd 1]
Bu gün ad günüdür, sənin ad günün
Bu gün ad günüdür, sənin ad günün
Adınla bərabər ucalasan sən

Bu adı hədiyyə vermişik sənə
Bu adı hədiyyə vermişik sənə
İstərəm, həyatda ad alasan sən
İstərəm, həyatda ad alasan sən

[Bənd 2]
Bülbül cəh-cəh vurub oxumazdımı
Ona bülbül adı qoyulmasaydı?
Bülbül cəh-cəh vurub oxumazdımı
Ona bülbül adı qoyulmasaydı?

Gül bu qədər gözəl qoxumazdımı
Gül bu qədər gözəl qoxumazdımı
Məgər onun adı gül olmasaydı?
Məgər onun adı gül olmasaydı?

[Bənd 3]
Adına min belə məclis qurulsun
Adına min belə məclis qurulsun
Qoy bu həyat sənə imtahan olsun

Ömür gülə-gülə qoy başa dolsun
Ömür gülə-gülə qoy başa dolsun
Arzudan, əməldən kam alasan sən
Arzudan, əməldən kam alasan sən

[Bənd 4]
Kim deyir, bu ömür boş bir xəyaldır
Adı da, sanı da əməl ucaldır
Kim deyir, bu ömür boş bir xəyaldır
Adı da, sanı da əməl ucaldır

Ad səni qaldırmaz, sən adı qaldır
Ad səni qaldırmaz, sən adı qaldır
İstərəm, şərəflə qocalasan sən
İstərəm, şərəflə qocalasan sən

Curiosidades sobre a música Ad Günü de Şövkət Ələkbərova

Quando a música “Ad Günü” foi lançada por Şövkət Ələkbərova?
A música Ad Günü foi lançada em 2023, no álbum “İfalar Vol. 10”.
De quem é a composição da música “Ad Günü” de Şövkət Ələkbərova?
A música “Ad Günü” de Şövkət Ələkbərova foi composta por Bəxtiyar Kərimov, Bəxtiyar Vahabzadə.

Músicas mais populares de Şövkət Ələkbərova

Outros artistas de