Sənlə Biz

Miri Yusif

[Bənd 1]
Eh, bilsən, nələr tüstülər söylər mənə hər gecə
Ömrüm gülə-gülə donmuş, könlüm kövrəlib gizlicə
De görüm, niyə fəryadı yerdən göylərə yağmur yağmısan?
Gizli qalmış heyranım, məsum, saf şeytanım

[Nəqərat]
Sənlə biz yaşamarıq bu sevgisiz
Həvəslərimiz nəfəssiz, dolu dünyada təkcə biz
Sənlə biz yaşamarıq bu sevgisiz
Hətta qovuşarıq kəlməsiz, dolu dünyada təkcə biz

[Keçid]
Sənlə biz (günəşsiz)
Sənlə biz (küləksiz)
Sənlə biz (dənizsiz)

Sənlə biz (həvəssiz)
Sənlə biz (həvəssiz)
Sənlə biz
Ayaq izlərinə məhkum qalıb kölgəmiz

[Bənd 2]
Eh, görsən, nələr çəkmişəm bu qurumsaq dünyada
Eşq böhran, dövranımda təkcə sən düşmüsən yada
De görüm, niyə payızda duyğunu açıb, yazda solmusan?
Sirli qalmış heyranım, məsum, saf şeytanım

[Nəqərat]
Sənlə biz yaşamarıq bu sevgisiz
Həvəslərimiz nəfəssiz, dolu dünyada təkcə biz
Sənlə biz yaşamarıq bu sevgisiz
Hətta qovuşarıq kəlməsiz, dolu dünyada təkcə biz

Sənlə biz yaşamarıq bu sevgisiz
Həvəslərimiz nəfəssiz, dolu dünyada təkcə biz
Sənlə biz yaşamarıq bu sevgisiz
Hətta qovuşarıq kəlməsiz, dolu dünyada təkcə biz

Sənlə biz (günəşsiz)
Sənlə biz (küləksiz)
Sənlə biz (dənizsiz)

Sənlə biz (həvəssiz)
Sənlə biz (həvəssiz)
Sənlə biz
Ayaq izlərinə məhkum qalıb kölgəmiz

Curiosidades sobre a música Sənlə Biz de Miri Yusif

Quando a música “Sənlə Biz” foi lançada por Miri Yusif?
A música Sənlə Biz foi lançada em 2017, no álbum “Rast Aman”.

Músicas mais populares de Miri Yusif

Outros artistas de