Mələk Və Şeytan

L-Mir, Miri Yusif

[Giriş]
Sən abırlı, mən utanmaz
Mələk şeytanı duymaz
Heç yaxın durmaz

[Bənd 1]
Ruhumun yolu nə dar, nə də geniş
O, yolçudur, ya dərviş, özündən bezmiş
Canım məni tərk etmiş

Mənim haqqımda olasan sən eşitmiş
Mənim qəlbimə var giriş, yox çıxış
Bizə xas deyil anlayış

[Nəqərat]
Saf düşüncələr yox olub hara?
Yaş təcrübədə məsafə, ara
Ürəyimiz bir olmaz
(Mələk şeytanı duymaz)

Rəngli geyimlər olubdur qara
Qolumda adınla yaranıb yara
(Nədir o yara?)
Mələk şeytanı duymaz

[Bənd 2]
Kölgəmin...
Kölgəmin kölgəsisən
Məndən aralı dur, tək qalan mələyimsən

Kabus kimiyəm
Qeybdə mən sərxoş, sən ayıqsan
Mən alim, şagirdimsən
Mən yuxu, sən yatmısan, balaş, oyan

[Nəqərat]
Saf düşüncələr yox olub hara?
Yaş təcrübədə məsafə, ara
Sən hara, mən hara?
Ürəyimiz bir olmaz

Rəngli geyimlər olubdur qara
Qolumda adınla yaranıb yara
(Nədir o yara?)
Mələk şeytanı duymaz

[Keçid]
Mələk şeytanı duymaz

[Bənd 3]
Mələk şeytanı duymaz, qırılmaz
Haramın simləri üzərində qurulmaz münasibətlər
Günahlarım çox
Mən özümə sığışdırıram bunu, sənə yox

Məcburam deyim, tək məcburam yeyim
Məni nə qar maraqlandırır, nə də ki geyim
Deyim, sən yaz, mən palçıqlı payız
Sən Ay, mən aylıq faiz

Daşürəkli, həm əməllərim əyri
Həm canımın bu həyatda yoxdur heç bir dəyəri
Səni əldən buraxdım, itirdiyim çox
Mən özümə bağışlayıram bunu, sənə yox

Bədənimdən gəlir özgə qadın qoxusu
Belədir ki, islanmışın yağışdan nə qorxusu?
Qoy eşitsin, onsuz da eybim çox
Mən özümə yaraşdırıram bunu, ona yox

[Nəqərat]
Saf düşüncələr yox olub hara?
Yaş təcrübədə məsafə, ara
(Sən hara, mən hara?)
Ürəyimiz bir olmaz
(Mələk şeytanı duymaz)

Rəngli geyimlər olubdur qara
Qolumda adınla yaranıb yara
Mələk şeytanı duymaz
(Heç yaxın durmaz)

Saf düşüncələr yox olub hara?
Yaş təcrübədə məsafə, ara
Ürəyimiz bir olmaz

[Çıxış]
(Mələk şeytanı duymaz)
(Mələk şeytanı duymaz)
(Mələk şeytanı duymaz)

Sən abırlı, mən utanmaz (utanmaz)
Sən abırlı, mən utanmaz

Curiosidades sobre a música Mələk Və Şeytan de Miri Yusif

Quando a música “Mələk Və Şeytan” foi lançada por Miri Yusif?
A música Mələk Və Şeytan foi lançada em 2010, no álbum “Karma”.
De quem é a composição da música “Mələk Və Şeytan” de Miri Yusif?
A música “Mələk Və Şeytan” de Miri Yusif foi composta por L-Mir, Miri Yusif.

Músicas mais populares de Miri Yusif

Outros artistas de