Məktub (Remix)

Kamran Qaralov, Miri Yusif

[Bənd 1]
Yoxdur ömürdə böhtan, elə böhrandır
Yoxdur ömürdə son, hər şey doğulandır
Sənsizlə boş qalmışam
Səninlə yorulmuşam
Heç vaxt oyanmayan hal, o da oyandı

Məndən sonra sən qalsan, davam gözəldir
Gözlər yağışla dolsa, demək, özəldir
İllərin yorğunuyam
Sirlərin yorğanıyam
Bizim bu saf eşqimiz ölümdən əzəldir

[Nəqərat]
Sözümə inan, balam, sözümə inan
Sözümdə nə quş var, nə də ki ilan
Sözümə inan, balam
Sözümə inan

Sözümə inan, balam, sözümə inan
Qanadları yalvaran, dövranı viran
Sözümə inan, balam
Sözümə inan

[Bənd 2]
İmanla sirdaşıyam, ömrüm tufandır
Gümanla həmyaşlıyam, gözüm dumandır
Kölgə ilə dostlaşmışam
Döngəyə qoşulmuşam
Tənhalıq sərhədində quyum zəhərdir

Haradasan, ay vərdişim, həyatım, haradasan?
Bu məktubu yolladım küləklə, duyasan
Yarpaqla bir solmuşam
Torpaqla bir olmuşam
Bizim bu son zəngimiz ölümdən əzəldir

[Nəqərat]
Sözümə inan, balam, sözümə inan
Sözümdə nə quş var, nə də ki ilan
Sözümə inan, balam
Sözümə inan

Sözümə inan, balam, sözümə inan
Qanadları yalvaran, dövranı viran
Sözümə inan, balam
Sözümə inan

Curiosidades sobre a música Məktub (Remix) de Miri Yusif

De quem é a composição da música “Məktub (Remix)” de Miri Yusif?
A música “Məktub (Remix)” de Miri Yusif foi composta por Kamran Qaralov, Miri Yusif.

Músicas mais populares de Miri Yusif

Outros artistas de