Yenə O Bağ Olaydı

Hacı Xanməmmədov, Mikayıl Müşfiq

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Sizə qonşu olaydıq

Yenə o bağ olaydı, səni tez-tez görəydim
Qələmə söz verəydim
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
Yazaydım səhər axşam
Yazaydım səhər axşam
Yazaydım səhər axşam
Yazaydım səhər axşam

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?...

Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli

Yenə o bağ olaydı, yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla, ruhumu dindirəydin
Məni sevindirəydin
Məni sevindirəydin
Gizli söhbət açaydıq, ruhun ehtiyacından
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?

Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli…

Yenə o bağ olaydı…

Curiosidades sobre a música Yenə O Bağ Olaydı de Islama Abdullayeva

Quando a música “Yenə O Bağ Olaydı” foi lançada por Islama Abdullayeva?
A música Yenə O Bağ Olaydı foi lançada em 2022, no álbum “1109”.
De quem é a composição da música “Yenə O Bağ Olaydı” de Islama Abdullayeva?
A música “Yenə O Bağ Olaydı” de Islama Abdullayeva foi composta por Hacı Xanməmmədov, Mikayıl Müşfiq.

Músicas mais populares de Islama Abdullayeva

Outros artistas de