Gülərəm, Gülsən

Məmməd Səid Ordubadi, Fikrət Əmirov

Gözlərim o qara gözə bənd oldu
Saçların boynuma bir kəmənd oldu
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən

Dərdimi söylədim divara-daşa
Hicran saatları çatmayır başa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Nəğmələr qoşa

Sevirəm, səninəm, qorxma heç kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
İnan sözlərimə, qorxma bir kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
Ağlasan, ağlaram, gülərəm, gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən...

Curiosidades sobre a música Gülərəm, Gülsən de Islama Abdullayeva

Quando a música “Gülərəm, Gülsən” foi lançada por Islama Abdullayeva?
A música Gülərəm, Gülsən foi lançada em 2020, no álbum “Azerbaijani Music”.
De quem é a composição da música “Gülərəm, Gülsən” de Islama Abdullayeva?
A música “Gülərəm, Gülsən” de Islama Abdullayeva foi composta por Məmməd Səid Ordubadi, Fikrət Əmirov.

Músicas mais populares de Islama Abdullayeva

Outros artistas de