Güllər
[Bənd 1]
Güllər çiçək kimidir
Saçı ipək kimidir
Gül də onun yanında
Bir az qəşəng kimidir
Gül də onun yanında
Bir az qəşəng kimidir
[Nəqərat]
Güllü, güllü güllərim
İpək telli güllərim
Güllü, güllü güllərim
İpək telli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim
[Bənd 2]
Güllər nəğməylə səslər
Çəmənlərin gülünü
Güllər nə yaxşı bilir
Çiçəklərin dilini
Güllər nə yaxşı bilir
Çiçəklərin dilini
[Nəqərat]
Güllü, güllü güllərim
İpək telli güllərim
Güllü, güllü güllərim
İpək telli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim
[Bənd 3]
Güllər özü də bir gül
Güllərin saçı sünbül
Ətirli bağçalarda
Güllər nəğməli bülbül
Ətirli bağçalarda
Güllər nəğməli bülbül
[Nəqərat]
Güllü, güllü güllərim
İpək telli güllərim
Güllü, güllü güllərim
İpək telli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim
Çiçək qızlar içində
Şirin dilli güllərim...