Bir Diyarın Eşqinə

Səməd Vurğun, Sevda İbrahimova

Ey könül! Min namə yaz bir gülüzarın eşqinə
Can evindən seyrə çıx bir xoş güzarın eşqinə

Hansı rəssamın əlilə canlanır dünya evi?
Hər çəmən min qönçə açmış novbaharım eşqinə!

Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri
Sən gülün eşqilə dillən, mən də yarın eşqinə

Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri
Sən gülün eşqilə dillən, mən də yarın eşqinə
Sən gülün eşqilə dillən, mən də yarın eşqinə

Məcnun öz şurilə çox da aləmə səs salmasın
Hansı namərd can əsirgər bir nigarın eşqinə?

Gün keçir, dövran keçir, öz hökmünü vermiş zaman
Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!

İnsan oğlu can verər pərvanətək atəşlərə
Düz sözün, düz ilqarın, düz etibarın eşqinə!

Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə!

Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə!...

Curiosidades sobre a música Bir Diyarın Eşqinə de Islama Abdullayeva

Quando a música “Bir Diyarın Eşqinə” foi lançada por Islama Abdullayeva?
A música Bir Diyarın Eşqinə foi lançada em 2022, no álbum “Aygün”.
De quem é a composição da música “Bir Diyarın Eşqinə” de Islama Abdullayeva?
A música “Bir Diyarın Eşqinə” de Islama Abdullayeva foi composta por Səməd Vurğun, Sevda İbrahimova.

Músicas mais populares de Islama Abdullayeva

Outros artistas de