Səni tapdım

Emil Şahin

Dəniz sahilində sərin nəfəsin
Ruhumu, canımı alıbdır mənim
Mənə toxunduqca titrədi əlim
Sənin nəfəsindən doya bilmirəm

Bütün duyğularım daşır sel kimi
Baxdıqca dənizə səni görürəm
Ovsunlu baxışın bir xəncər kimi
Qəlbimə sancıldı sənə düşgünəm

Bu axtardığım sevgini tapdım
Çoxdan gözlədiyim bir eşqi tapdım
Könül vüsalıma bu gün qovuşdum
Daha səndən ayrı qala bilmirəm

İlahi, bu sevgi yoxsa, günahmı?
İnsan ilk baxışdan dəli olarmı?
Sonu görünməyən bir yol gedirəm
Mələksən, şeytansan bunu bilmirəm

Bütün duyğularım daşır sel kimi
Baxdıqca dənizə səni görürəm
Ovsunlu baxışın bir xəncər kimi
Qəlbimə sancıldı sənə düşgünəm

Bu axtardığım sevgini tapdım
Çoxdan gözlədiyim bir eşqi tapdım
Könül vüsalıma bu gün qovuşdum
Daha səndən ayrı qala bilmirəm

... sevgini tapdım
... bir eşqi tapdım
... bu gün qovuşdum
Daha səndən ayrı qala bilmirəm, qala bilmirəm

Curiosidades sobre a música Səni tapdım de Aygün Kazımova

Quando a música “Səni tapdım” foi lançada por Aygün Kazımova?
A música Səni tapdım foi lançada em 2008, no álbum “Yenə tək”.
De quem é a composição da música “Səni tapdım” de Aygün Kazımova?
A música “Səni tapdım” de Aygün Kazımova foi composta por Emil Şahin.

Músicas mais populares de Aygün Kazımova

Outros artistas de Pop