Ehtiyacım Var
Bəlkə də eşidib utanacaqsan
Qaranlıq dünyadan oyanacaqsan
Baxıb gözlərimə onda inanacaqsan
Mən artıq sevməyə başladım səni
Özüm də bilmədən
Xəyanət elədim dostluğumuza bu gün
Mənim sənə ehtiyacım, ehtiyacım var
Mənim sevgiyə ehtiyacım, ehtiyacım var
Mənim duyğuya ehtiyacım, ehtiyacım var
Mən də bir qadınam, qadınlar kimi
Qadınlar kimi...
Göz yaşım gizlənib təbəssümümdə
Mən səni yaşatdım özüm özümdə
Mənə xatirələr olub kömək, dözüm də
İlləri illərə caladım sənsiz, həsrətlə gözlədim
Mənə bu həyatı sevdir yenidən bu gün...
Mənim sənə ehtiyacım, ehtiyacım var
Mənim sevgiyə ehtiyacım, ehtiyacım var
Mənim duyğuya ehtiyacım, ehtiyacım var
Mən də bir qadınam, qadınlar kimi
Qadınlar kimi...