İstəmirəm

Baba Vəziroğlu, Tünzalə

İstəmirəm... İstəmirəm

Göy üzündə durna uçsa
Qərənfillər ətir saçsa
Bütün dünya çiçək olsa
Sənsiz bahar istəmirəm

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Qibləm sənə sarı
Uzatmışam qollarımı
Sənsiz həyat yollarımı
Duman alar istəmirəm...

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Bütün dünya sevsə məni
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...

Curiosidades sobre a música İstəmirəm de Aygün Kazımova

Quando a música “İstəmirəm” foi lançada por Aygün Kazımova?
A música İstəmirəm foi lançada em 2005, no álbum “Sevərsənmi”.
De quem é a composição da música “İstəmirəm” de Aygün Kazımova?
A música “İstəmirəm” de Aygün Kazımova foi composta por Baba Vəziroğlu, Tünzalə.

Músicas mais populares de Aygün Kazımova

Outros artistas de Pop