Həyatımla Oynama

Vahid Əziz, Eldar Mansurov

Yar gəlməyi gumana qalar
Ümid dağda dumana qalar
Biz gedərik zəmanə qalar
Biz gedərik sevgi qalar

Biri eşqin dadına uyar
Biri gözəl adına uyar
Biri eşqin özünü duyar
Hər göz yaşı bir məhəbbət

Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama

Bir yasəmən budağı yan gəl
Bir ayrılıq yarpağı yan gəl
Bir xatirə bulağı yan gəl
Yara möhtac bir ürəyəm

Bu xəbərdən xəbərin varmı
Məni gözün heç axtarırmı
Bu ilk bahar, son baharmı
Mən heç bunu bilmirəm yar

Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama

Curiosidades sobre a música Həyatımla Oynama de Aygün Kazımova

Em quais álbuns a música “Həyatımla Oynama” foi lançada por Aygün Kazımova?
Aygün Kazımova lançou a música nos álbums “Göz yaşımı yar silə” em 1998, “Sənsizliyim” em 2000, “Aygün Kazımovanın İfaları” em 2016 e “Eldar Mansurovun Mahnıları” em 2021.
De quem é a composição da música “Həyatımla Oynama” de Aygün Kazımova?
A música “Həyatımla Oynama” de Aygün Kazımova foi composta por Vahid Əziz, Eldar Mansurov.

Músicas mais populares de Aygün Kazımova

Outros artistas de Pop