Göz Yaşımı Yar Silə

Tufan Tərlanoğlu, Eldar Mansurov

Dəryada üzən canım, yarsız tək gəzən canım
Baş götürüb gedəcək hər şeydən bezən canım
Könlüm açılıb-gülə, yar şadlana, yar gülə
Arabir ağlayardım, göz yaşımı yar silə
Yarımın özü xəstə, eşq tərlanım qəfəsdə
Bir "hə" sözündən ötrü göz yolda, qulaq səsdə
Kaş sənsiz tək qalmayam, eşq oduna yanmayam
Səninlə birgə yatıb, yuxudan oyanmayam
Qəlbim yanır günahsız, gecələr də çıraqsız
Dünya nura boyanar mənim olsa Allahsız
Saçı dağ şəlaləsi, dodağı nar giləsi
Həsrət ilə gözlərəm, yar yanıma gələsi
Yarımın özü xəstə, eşq tərlanım qəfəsdə
Bir "hə" sözündən ötrü göz yolda, qulaq səsdə
Kaş sənsiz tək qalmayam, eşq oduna yanmayam
Səninlə birgə yatıb, yuxudan oyanmayam
Yarımın özü xəstə, eşq tərlanım qəfəsdə
Bir "hə" sözündən ötrü göz yolda, qulaq səsdə
Kaş sənsiz tək qalmayam, eşq oduna yanmayam
Səninlə birgə yatıb, yuxudan oyanmayam

Curiosidades sobre a música Göz Yaşımı Yar Silə de Aygün Kazımova

Em quais álbuns a música “Göz Yaşımı Yar Silə” foi lançada por Aygün Kazımova?
Aygün Kazımova lançou a música nos álbums “Göz yaşımı yar silə” em 1998, “Aygün Kazımovanın İfaları” em 2016 e “Eldar Mansurovun Mahnıları” em 2021.
De quem é a composição da música “Göz Yaşımı Yar Silə” de Aygün Kazımova?
A música “Göz Yaşımı Yar Silə” de Aygün Kazımova foi composta por Tufan Tərlanoğlu, Eldar Mansurov.

Músicas mais populares de Aygün Kazımova

Outros artistas de Pop