Bu Sevgi

Vahid Əziz, Eldar Mansurov

Aramızda nə qalır ki
Bir keçilməz dərya var
Yadımızda nə qalır ki
Bir yozulmaz röya var
Yadımızda nə qalır ki
Bir yozulmaz röya var

Səni məndən kim alar ki
Qismətinə kim qalar ki
Mənim olsan nə olar ki
Dağılmaz ki bu dünya
Mənim olsan nə olar ki
Dağılmaz ki bu dünya

Bu çalınan nə kamandır
Ürəyimin telləri
Görüşmürük nə zamandır
Saymaq olmur illəri
Görüşmürük nə zamandır
Saymaq olmur illəri

Bilməz idim sinəmdəsən
Bu kimsəsiz aləmdəsən
Qarşılaşsan mənimlə sən
Dağılmaz ki bu dünya
Qarşılaşsan mənimlə sən
Dağılmaz ki bu dünya

Curiosidades sobre a música Bu Sevgi de Aygün Kazımova

Em quais álbuns a música “Bu Sevgi” foi lançada por Aygün Kazımova?
Aygün Kazımova lançou a música nos álbums “Göz yaşımı yar silə” em 1998, “Sənsizliyim” em 2000, “Sevgi gülləri” em 2003, “Aygün Kazımovanın İfaları” em 2016, “Crystal Hall” em 2020 e “Eldar Mansurovun Mahnıları” em 2021.
De quem é a composição da música “Bu Sevgi” de Aygün Kazımova?
A música “Bu Sevgi” de Aygün Kazımova foi composta por Vahid Əziz, Eldar Mansurov.

Músicas mais populares de Aygün Kazımova

Outros artistas de Pop