Getdi

Vahid Əlioğlu, Sevda Məmmədli

[Bənd 1]
Üzünü çevirib bir dəfə baxdı
Elə bil canımda şimşəklər çaxdı
Ömrümün, günümün bu gözəl vaxtı
Mənim sevincimi apardı, getdi

Üzünü çevirib bir dəfə baxdı
Elə bil canımda şimşəklər çaxdı
Ömrümün, günümün bu gözəl vaxtı
Mənim sevincimi apardı, getdi

[Nəqərat]
Məhəbbət oduna yandırdı məni
Bircə baxışıyla dondurdu məni
Eşidə bilsəydi könlüm deyəni
Məndə səadət tapardı, getdi

Məhəbbət oduna yandırdı məni
Bircə baxışıyla dondurdu məni
Eşidə bilsəydi könlüm deyəni
Məndə səadət tapardı, getdi
Getdi...

[Bənd 2]
Sevən ürəyimi qəmə boyadı
Bu sevgi bəxtimə qismət olmadı
Bu dərdli halımı heç soruşmadı
Soruşsa halıma yanardı, getdi

Sevən ürəyimi qəmə boyadı
Bu sevgi bəxtimə qismət olmadı
Bu dərdli halımı heç soruşmadı
Soruşsa halıma yanardı, getdi

[Nəqərat]
Məhəbbət oduna yandırdı məni
Bircə baxışıyla dondurdu məni
Eşidə bilsəydi könlüm deyəni
Məndə səadət tapardı, getdi

Məhəbbət oduna yandırdı məni
Bircə baxışıyla dondurdu məni
Eşidə bilsəydi könlüm deyəni
Məndə səadət tapardı, getdi
Getdi...

Məhəbbət oduna yandırdı məni
Bircə baxışıyla dondurdu məni
Eşidə bilsəydi könlüm deyəni
Məndə səadət tapardı, getdi

Məhəbbət oduna yandırdı məni
Bircə baxışıyla dondurdu məni
Eşidə bilsəydi könlüm deyəni
Məndə səadət tapardı, getdi
Getdi…

Curiosidades sobre a música Getdi de Zülfiyyə Xanbabayeva

Quando a música “Getdi” foi lançada por Zülfiyyə Xanbabayeva?
A música Getdi foi lançada em 2004, no álbum “Sənsiz”.
De quem é a composição da música “Getdi” de Zülfiyyə Xanbabayeva?
A música “Getdi” de Zülfiyyə Xanbabayeva foi composta por Vahid Əlioğlu, Sevda Məmmədli.

Músicas mais populares de Zülfiyyə Xanbabayeva

Outros artistas de Pop