Qızım

Tünzalə

[Bənd 1]
Gözümün önündə böyüdün günbəgün
Ay qızım, hələ də körpəsən mənimçün
Yoluna nur paylar hər arzum, diləyim
Bir layla pıçıldar yenə də ürəyim

[Nəqərat]
Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri

[Bənd 2]
Sevdalı bahardır sənin gül nəfəsin
Ay qızım, taleyin qəm-qüssə görməsin
Varlığın bir ömür, bir ümid nəğməsi
Səninlə yaşayır bu ana sevgisi

[Nəqərat]
Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri

Bəxtinə açılsın sevincin qolları
Səadət bəzəsin getdiyin yolları
Bir xeyir-duadır qəlbimin sözləri
Xoş günlər gözləyir ana gözləri
Ana gözləri, ana gözləri...

Curiosidades sobre a música Qızım de Tünzalə

Quando a música “Qızım” foi lançada por Tünzalə?
A música Qızım foi lançada em 2022, no álbum “Salamat Qal”.

Músicas mais populares de Tünzalə

Outros artistas de