Neyləmişdim

Tünzalə, Nigar Rəfibəyli

[Bənd 1]
Unudulmuş, atılmış gülü sevda kimiyəm
Gözlərimdən çəkilən bir dəmi – röya kimiyəm
Hicr əlindən ürəyim qanə dönər şamü səhər
Üzünün nuruna həsrət şəbi – yelda kimiyəm

[Nəqərat]
Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli - şeyda kimiyəm

Şeyda kimiyəm...

[Bənd 2]
Sənə bel bağladım, atdın məni, ey munisi can
İndi sənsiz yaşaram, tərki - dünya kimiyəm
Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm

[Nəqərat]
Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli - şeyda kimiyəm
Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın, vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli – şeyda kimiyəm

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın, vəfasız çıxdın
Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli - şeyda kimiyəm

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın, vəfasız çıxdın
Neyləmişdim sənə mən…

Curiosidades sobre a música Neyləmişdim de Tünzalə

De quem é a composição da música “Neyləmişdim” de Tünzalə?
A música “Neyləmişdim” de Tünzalə foi composta por Tünzalə, Nigar Rəfibəyli.

Músicas mais populares de Tünzalə

Outros artistas de