Xınayaxdı

Zəlimxan Yaqub, Sevda Məmmədli

[Bənd 1]
Elçi şirin çayını vaxtında içib gedib
Bəy gəlib gözəllərin gözünü seçib gedib
Elçi şirin çayını vaxtında içib gedib
Bəy gəlib gözəllərin gözünü seçib gedib

Fikri özündən qabaq atlanıb, köçüb gedib
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Fikri özündən qabaq atlanıb, köçüb gedib
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Nəqərat]
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Bənd 2]
Fikrindən, xəyalından gündə yüz dilək keçir
Könlünə beşik düşüb, meylindən bələk keçir
Fikrindən, xəyalından gündə yüz dilək keçir
Könlünə beşik düşüb, meylindən bələk keçir

Gözümün önündən sanki bir mələk keçir
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gözümün önündən sanki bir mələk keçir
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Nəqərat]
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

Curiosidades sobre a música Xınayaxdı de Lalə Məmmədova

Quando a música “Xınayaxdı” foi lançada por Lalə Məmmədova?
A música Xınayaxdı foi lançada em 2022, no álbum “Vol. 4”.
De quem é a composição da música “Xınayaxdı” de Lalə Məmmədova?
A música “Xınayaxdı” de Lalə Məmmədova foi composta por Zəlimxan Yaqub, Sevda Məmmədli.

Músicas mais populares de Lalə Məmmədova

Outros artistas de Pop