Xalq Bayatıları

Xalq Mahnısı

[Bənd 1]
[Ehtiram Hüseynov]
Dağların başı qara
Dibinin daşı qara
Məni bir qız anladı
Gözü göy, qaşı qara

Əzizim, yana dağlar
Od düşüb yana dağlar
O gözələ deyin ki
Baxsın bu yana, dağlar

[Lalə Məmmədova]
Ay oğlan, çıraqlısan
Əsli Qarabağlısan
Bir gözəl yar ucundan
Sən də sinədağlısan

Ay deyiləm, ulduzam
Gəlin deyiləm, qızam
Kənardan nə baxırsan?
Gəl yaxına, yalqızam

[Ehtiram Hüseynov]
Başı od saçlı dağlar
Səndən kim aşdı, dağlar?
Yatdım yuxuya daldım
Maralım qaçdı, dağlar

Ay getdi, il də gəldi
Dövranım belə gəldi
Səndən cavab alınca
Dağ-daş da dilə gəldi

[Bənd 2]
[Lalə Məmmədova]
Əzizim, gülə düşə
Gün deyil, gülə düşə
Qorxuram ki, eşqimiz
Məcnun kökünə düşə

Güllər açır, deyərəm
Ətir saçır, deyərəm
Əgər sən igid olsan
Məni qaçır - deyərəm

Bəxtimi güldürəydin
Əğyarı öldürəydin
Mən, yarım - Leyli, Məcnun
Aləmə bildirəydin

[Ehtiram Hüseynov]
Əzizinəm, sel gələr
Yağış yağar, sel gələr
Gözəl qız qapısına
Elçiliyə el gələr

[Lalə Məmmədova]
Aman, aman-aman
Ay aman, aman, ay yar...
Yar... Yar...

Aman, aman-aman
Ay aman, ah, yar, aman...
Ay aman, ay aman...

[Ehtiram Hüseynov]
Əzizinəm, sel gələr
Yağış yağar, sel gələr
Gözəl qız qapısına
Elçiliyə el gələr
Ay aman, ey...

[Lalə Məmmədova]
Bəxtimi güldürəydin
Əğyarı öldürəydin
Mən, yarım - Leyli, Məcnun
Aləmə bildirəydin

Əziziyəm, sel gələr
Yağış yağar, sel gələr

[Ehtiram Hüseynov]
Gözəl qız qapısına
Elçiliyə
El gələr

Curiosidades sobre a música Xalq Bayatıları de Lalə Məmmədova

De quem é a composição da música “Xalq Bayatıları” de Lalə Məmmədova?
A música “Xalq Bayatıları” de Lalə Məmmədova foi composta por Xalq Mahnısı.

Músicas mais populares de Lalə Məmmədova

Outros artistas de Pop