Ürəyimdəsən
[Bənd 1]
İstəyirsən, yaxında ol, istər, uzaqda
İstəyirsən, qönçə olub açıl budaqda
İstəyirsən, nəğməyə dön, din yüz dodaqda
Sən mənim, sən mənim ürəyimdəsən
İstəyirsən, yaxında ol, istər, uzaqda
İstəyirsən, qönçə olub açıl budaqda
İstəyirsən, nəğməyə dön, din yüz dodaqda
Sən mənim, sən mənim ürəyimdəsən
[Nəqərat]
Dağımda, dərəmdə, düzümdəsən sən
Qəlbimdə, arzumda, dözümdəsən sən
Dünyaya baxdığım gözümdəsən sən
Sən mənim, sən mənim ürəyimdəsən
Dağımda, dərəmdə, düzümdəsən sən
Qəlbimdə, arzumda, dözümdəsən sən
Dünyaya baxdığım gözümdəsən sən
Sən mənim, sən mənim ürəyimdəsən
[Bənd 2]
İstəyirsən, qızılgül ol, çölə ətir saç
İstəyirsən, bir sona ol, gölə çətir aç
İstəyirsən, ceyran dön, Gülüstana qaç
Sən mənim, sən mənim ürəyimdəsən
İstəyirsən, qızılgül ol, çölə ətir saç
İstəyirsən, bir sona ol, gölə çətir aç
İstəyirsən, ceyran dön, Gülüstana qaç
Sən mənim, sən mənim ürəyimdəsən
[Nəqərat]
Dağımda, dərəmdə, düzümdəsən sən
Qəlbimdə, arzumda, dözümdəsən sən
Dünyaya baxdığım gözümdəsən sən
Sən mənim, sən mənim ürəyimdəsən
Dağımda, dərəmdə, düzümdəsən sən
Qəlbimdə, arzumda, dözümdəsən sən
Dünyaya baxdığım gözümdəsən sən
Sən mənim, sən mənim ürəyimdəsən
Dağımda, dərəmdə, düzümdəsən sən
Qəlbimdə, arzumda, dözümdəsən sən
Dünyaya baxdığım gözümdəsən sən
Sən mənim, sən mənim ürəyimdəsən
Dağımda, dərəmdə, düzümdəsən sən
Qəlbimdə, arzumda, dözümdəsən sən
Dünyaya baxdığım gözümdəsən sən
Sən mənim, sən mənim ürəyimdəsən
Sən mənim, sən mənim ürəyimdəsən
Sən mənim, sən mənim ürəyimdəsən