Son Zəng
[Bənd 1]
Güllər də gülüşlər də məktəbə vida deyir
Sanki son zəng kövrəlir, bizə əlvida deyir

[Keçid]
Son zəng sonuncu sözə, diqtəyə də oxşayır
Kitabın sonundakı nöqtəyə də oxşayır

Son zəng, son zəng...
[Nəqərat]
Son zəng yazın çiçəyi, yazın son laləsidir
Sabahkı addımların zəfər zənguləsidir

[Bənd 2]
Son zəngin sədasında, səsində ayrılıq var
Bu yolun sonunda bir günəş, bir işıq var