Səs

Aydın Əhmədzadə, Vüqar Camalzadə

[Bənd 1]
Səs...
Uzaqdan gələn səs
Qəmli bir nalə
Gələr, yetişər

Səs...
Mənə doğma bu səs
Gerçəkdən xəyala
Qopar, bitişər

[Nəqərat]
O istəkdir, o arzudur
Həyat eşqiylə hər an doludur
Min-min insan, nalə, üsyan
De, nəsən, sən anlamazsan

O istəkdir, o arzudur
Həyat eşqiylə hər an doludur
Min-min insan, nalə, üsyan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman

[Bənd 2]
Sənədir bir insan
Ümidtək yaradan
Qəlbim – deyər

Bax dünyaya, oyan sən
Döyünən ürəklər
Hər zaman deyəcək

[Nəqərat]
O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır
Həyat heç vaxt olmur asan
Beləsən sən, anlamazsan

O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır
Həyat heç vaxt olmur asan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman

Curiosidades sobre a música Səs de Lalə Məmmədova

Em quais álbuns a música “Səs” foi lançada por Lalə Məmmədova?
Lalə Məmmədova lançou a música nos álbums “90-Lar” e “Səni Sevirəm” em 2006.
De quem é a composição da música “Səs” de Lalə Məmmədova?
A música “Səs” de Lalə Məmmədova foi composta por Aydın Əhmədzadə, Vüqar Camalzadə.

Músicas mais populares de Lalə Məmmədova

Outros artistas de Pop