İlk Bahar

Zeynal Cabbarzadə, Tofiq Quliyev

[Bənd 1]
Yenə gəldi ilk bahar, yaz gülə-gülə
Bu qədər gəl etmə, yar, naz gülə-gülə
Səni sevdim qəlbimdə, ey gözəl pəri
Mənə söylə bir şirin söz gülə-gülə

[Nəqərat]
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə

[Bənd 2]
Açılıb hər yan çiçək bax, gözəl-gözəl
Telinə əlvan çiçək tax gözəl-gözəl
Yanıram hicrinlə mən, dön sərin suya
Ürəyimə sel kimi ax gözəl-gözəl

[Nəqərat]
Mən aşiq, gələr yarım
Dərdimi bilər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım

[Keçid]
Sevən aşiq, ay gülüm, görməz dünyanı
Qara qaşın ağ üzün oldum heyranı
Niyə məndən gizlədirsən eşqini sən?

[Nəqərat]
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə

Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə

Curiosidades sobre a música İlk Bahar de Lalə Məmmədova

Quando a música “İlk Bahar” foi lançada por Lalə Məmmədova?
A música İlk Bahar foi lançada em 2008, no álbum “Qara Qaşın Vəsməsi”.
De quem é a composição da música “İlk Bahar” de Lalə Məmmədova?
A música “İlk Bahar” de Lalə Məmmədova foi composta por Zeynal Cabbarzadə, Tofiq Quliyev.

Músicas mais populares de Lalə Məmmədova

Outros artistas de Pop