Gedərəm

Vüqar Camalzadə

[Bənd 1]
Yenə də ayrılıq, yenə də qəm-qüssə
Gəlib düşür payıma
Sən çıxıb gedirsən
Sənli günlərim tez-tez düşür yadıma

Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Qəlbimi viran edərəm

Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Üz döndərib gedərəm
Üz döndərib gedərəm

[Bənd 2]
Mən dost-aşnaya, səni soranlara
Bilmirəm indi nə deyim
Günahım da varsa, olub keçənlərə
Dözməz artıq ürəyim

Gedirsənsə, onda özünlə məni apar
Birgə küsək, barışaq
Unudaq kədəri, acı dəqiqələri
Keçmişə dönək, qayıdaq

Gedirsənsə, onda özünlə məni apar
Birgə küsək, barışaq
Unudaq kədəri, acı dəqiqələri
Keçmişə dönək, qayıdaq

[Nəqərat]
Güllər ətrini, təravətini əvəz eləmir
Əvəz eləmir bülbür cəhcəhi
Sənin səsini, xoş nəfəsini

Qanadı sınmış bir quşam indi
Çırpınıram mən
Sevginlə dolu bir baxışınla
Məlhəm ol mənə, sınıq qəlbimə

[Bənd 3]
Yenə də ayrılıq, yenə də qəm-qüssə
Gəlib düşür payıma
Sən çıxıb gedirsən
Sənli günlərim tez-tez düşür yadıma

Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Qəlbimi viran edərəm

Dayansana bir anlıq, mənasız həyatdan
Səni mən xilas edərəm
Kəsilər ümidim, kəsilər sevincim
Üz döndərib gedərəm
Üz döndərib (gedərəm)
Üz döndərib (gedərəm)
Üz döndərib gedərəm, gedərəm
(Gedərəm) Üz döndərib gedərəm
(Gedərəm) Üz döndərib gedərəm

Curiosidades sobre a música Gedərəm de Lalə Məmmədova

Quando a música “Gedərəm” foi lançada por Lalə Məmmədova?
A música Gedərəm foi lançada em 2006, no álbum “Səni Sevirəm”.
De quem é a composição da música “Gedərəm” de Lalə Məmmədova?
A música “Gedərəm” de Lalə Məmmədova foi composta por Vüqar Camalzadə.

Músicas mais populares de Lalə Məmmədova

Outros artistas de Pop