Bulaqdadır (Muğam)

Zeynəb Xanlarova

[Bənd 1]
Getdim, gördüm, bulaqdadır
Bulaqdadır, bulaqda…
Əl üzünü yumaqdadır
Yumaqdadır, yumaqda…
Qoşa xallar yanaqdadır, yanaqda
Qızıl üzük barmaqdadır, barmaqda…
Qoşa xallar yanaqdadır, yanaqda
Qızıl üzük barmaqdadır, barmaqda…

[Nəqərat]
Bir belə can alan olmaz, olmaz, olmaz!
Bir belə qan salan olmaz, olmaz, olmaz!
Bulaqda üzünü yuyub
Saçlarını hörüb durub
Mənə baxıb özün öyüb
Bir belə can alan olmaz
Bir belə qan salan olmaz!
Olmaz, olmaz!

Bulaqda üzünü yuyub
Saçlarını hörüb durub
Mənə baxıb özün öyüb
Bir belə can alan olmaz
Bir belə qan salan olmaz!
Olmaz, olmaz!
A gülüm, olmaz, olmaz!

[Bənd 2]
Bu bulağın daşı qara, daşı qara, daşı qara
Ürəyim başı yara, başı yara, başı yara
Olmaz belə saçı qara, gözü qara
Olmaz belə qaşı qara, gözü qara
Olmaz belə saçı qara, gözü qara
Olmaz belə qaşı qara, gözü qara

[Nəqərat]
Bir belə can alan olmaz, olmaz, olmaz!
Bir belə qan salan olmaz, olmaz, olmaz!
Bulaqda üzünü yuyub
Saçlarını hörüb durub
Mənə baxıb özün öyüb
Bir belə can alan olmaz
Bir belə qan salan olmaz!
Olmaz, olmaz!

Bulaqda üzünü yuyub
Saçlarını hörüb durub
Mənə baxıb özün öyüb
Bir belə can alan olmaz
Bir belə qan salan olmaz!
Olmaz, olmaz!
A gülüm, olmaz, olmaz!
Olmaz, olmaz!
A gülüm, olmaz, olmaz!

Curiosidades sobre a música Bulaqdadır (Muğam) de Lalə Məmmədova

Quando a música “Bulaqdadır (Muğam)” foi lançada por Lalə Məmmədova?
A música Bulaqdadır (Muğam) foi lançada em 2021, no álbum “Vol. 3”.
De quem é a composição da música “Bulaqdadır (Muğam)” de Lalə Məmmədova?
A música “Bulaqdadır (Muğam)” de Lalə Məmmədova foi composta por Zeynəb Xanlarova.

Músicas mais populares de Lalə Məmmədova

Outros artistas de Pop