Ayşad
[Bənd 1]
Sən babanın vüqarısan
Saçlarının ağ qarısan
Oğul, nəvə nübarısan
Ucal, boy at, yüksəl, Ayşad
Səninkidir bu şən həyat, hey
Səninkidir bu şən həyat
[Nəqərat]
Bu gün sənin ad günündür
Ən müqəddəs, şad günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür
[Keçid]
Aynurumun ayı səndə
Rəşadımın şadı səndə
Ayşad kimi sən ad qazan
İzin qalsın vətənində
İzin qalsın vətənində
[Bənd 2]
Sən nənənin ürəyisən
Suyu, duzu, çörəyisən
Evimizin bəzəyisən
Aç göylərdə qoşa qanad
Gözəl nəvəm, gözəl Ayşad
Gözəl nəvəm, gözəl Ayşad
[Nəqərat]
Bu gün sənin ad günündür
Ən müqəddəs, şad günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür
Gözümüzü yumub-açıb
Görəcəyik toy günündür, toy günündür
[Keçid]
Aynurumun ayı səndə
Rəşadımın şadı səndə
Ayşad kimi sən ad qazan
İzin qalsın vətənində
İzin qalsın vətənində