Alagöz

Zeynal Cabbarzadə, Səid Rüstəmov

[Bənd 1]
Düşər üzdə xala göz
Şirin canım ala göz
Qara gözə can qurban
Yaman olur ala göz

[Nəqərat]
Alagöz, ay alagöz
Yaman olur ala göz
Alagöz, ay alagöz
Yaman olur ala göz

[Bənd 2]
Bülbül gələr yaz ilə
Yarım oynar saz ilə
Hər baxanda naz ilə
Ürəyimi çala göz

[Nəqərat]
Alagöz, ay alagöz
Ürəyimi çala göz
Alagöz, ay alagöz
Ürəyimi çala göz

[Bənd 3]
Yar bağını gəzərəm
Güllərini üzərəm
Hər nazına dözərəm
Təki mənim ol, alagöz

[Nəqərat]
Alagöz, ay alagöz
Təki mənim ol, alagöz
Alagöz, ay alagöz
Mənim ola alagöz

[Çıxış]
Neyim, neynim?
Ay alagöz
Mənim ola alagöz
Neyim, neynim?
Ay alagöz
Mənim ola alagöz

Neyim, neynim?
Ay alagöz
Mənim ola alagöz

Curiosidades sobre a música Alagöz de Lalə Məmmədova

Quando a música “Alagöz” foi lançada por Lalə Məmmədova?
A música Alagöz foi lançada em 2012, no álbum “Şərab Gətir, Saqi!”.
De quem é a composição da música “Alagöz” de Lalə Məmmədova?
A música “Alagöz” de Lalə Məmmədova foi composta por Zeynal Cabbarzadə, Səid Rüstəmov.

Músicas mais populares de Lalə Məmmədova

Outros artistas de Pop