Sevgi Nağılı

Vüqar Camalzadə, İsmayıl Dadaşov

[Bənd 1]
Sən mənə tanrının
Ən əziz payısan
Səadət qoymaz ki
Uzağa düşək biz

Taleyim, qismətim
Mənimsən hər zaman
Vüsal yollarında
Hər gün görüşək biz

[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

[Bənd 2]
Şirin sözlərinlə
Açılanda səhər
İçərik birlikdə
Eşq piyaləsini biz

Ötər dəqiqələr
Necə də bəxtəvər
Qəlbinə oxuyaq
Sevgi nəğməsini biz

[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

Curiosidades sobre a música Sevgi Nağılı de İradə İbrahimova

Quando a música “Sevgi Nağılı” foi lançada por İradə İbrahimova?
A música Sevgi Nağılı foi lançada em 2007, no álbum “Yaşananlar ”.
De quem é a composição da música “Sevgi Nağılı” de İradə İbrahimova?
A música “Sevgi Nağılı” de İradə İbrahimova foi composta por Vüqar Camalzadə, İsmayıl Dadaşov.

Músicas mais populares de İradə İbrahimova

Outros artistas de