Kimdir Günahkar

Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva

[Bənd 1]
Saçımda iz saldı gümüşü tellər
Alıb gəncliyimi apardı yellər
Arxamca boylandın, ağla – deyirlər
İllərmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Bənd 2]
Soyuq yatağımda yox hərarətin
Sənsiz buza dönmüş, üşümüş qəlbim
Sevinc qərib düşür, dönüb kədərim
Sevincmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Nəqərat]
Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

İllərmi günahkar, sənmi, sevgilim?
Kədərmi günahkar, sənmi, sevgilim?
De, mənmi günahkar, sənmi, sevgilim?

Curiosidades sobre a música Kimdir Günahkar de İradə İbrahimova

Quando a música “Kimdir Günahkar” foi lançada por İradə İbrahimova?
A música Kimdir Günahkar foi lançada em 2003, no álbum “Get”.
De quem é a composição da música “Kimdir Günahkar” de İradə İbrahimova?
A música “Kimdir Günahkar” de İradə İbrahimova foi composta por Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva.

Músicas mais populares de İradə İbrahimova

Outros artistas de