Bilsən Də, Bilməsən Də

Baba Vəziroğlu, Kamaladdin Heydarov

[Bənd 1]
Eşqinə, əhdinə çıxsan da yalan
Yolları bağlasa yağış, qar, duman
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən

Könlüm hər itkidən sıxılan deyil
Çinar meh əsməklə yıxılan deyil
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

[Bənd 2]
Bu da bir sevgidir, bir məhəbbətdir
Durna qatarıydı, dağıldı, getdi
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Curiosidades sobre a música Bilsən Də, Bilməsən Də de İradə İbrahimova

Quando a música “Bilsən Də, Bilməsən Də” foi lançada por İradə İbrahimova?
A música Bilsən Də, Bilməsən Də foi lançada em 2004, no álbum “Bahar Çiçəyi”.
De quem é a composição da música “Bilsən Də, Bilməsən Də” de İradə İbrahimova?
A música “Bilsən Də, Bilməsən Də” de İradə İbrahimova foi composta por Baba Vəziroğlu, Kamaladdin Heydarov.

Músicas mais populares de İradə İbrahimova

Outros artistas de