Dedin Apar

Baba Vəziroğlu, Ədalət Şükürov

[Bənd 1]
Dedin: ‘Apar lap uzaqlara
Qoyma sənsiz saralım, solum
Varsa orada ömür yoldaşın
Mən də sənin sevgilin olum”

Dedin: “Apar çox uzaqlara
Apar məni, sən ol bir də mən
Ömür boyu bir yerdə olaq
Bulaq səsi, bir də göy çəmən”

[Nəqərat]
Axı səni aparım hara?
Arzularım gözümdə qalar
Orada mənim çox istədiyim
Çox sevdiyim bir sevgilim var
Orada mənim çox istədiyim
Çox sevdiyim bir sevgilim var

[Bənd 2]
Dedin: “Gedək, apar sən məni”
Ölənəcən səninlə varam
Varsa əgər ömür yoldaşın
Mən də sənin dostun olaram”

Dedin: “Göydən durna tut gətir”
Vallah, tutum gətirim sənə
Necə sevim səni, gözəlim?
Ürəyimdə bir başqası var

[Nəqərat]
Denən, necə aparım səni?
Arzularım gözümdə qalar
Orada qəlbimə hakim olan
Sədaqətli bir dostum da var

Orada qəlbimə hakim olan
Sədaqətli bir dostum da var

[Bənd 3]
Ay bu ayrılıq ölümdən betər!
Məni belə sevən olmayıb
Neyləyim ki, çox gecikmisən?
Sənə ürəkdə yer qalmayıb
Neyləyim ki, çox gecikmisən?
Sənə ürəkdə yer qalmayıb

Curiosidades sobre a música Dedin Apar de Ədalət Şükürov

Quando a música “Dedin Apar” foi lançada por Ədalət Şükürov?
A música Dedin Apar foi lançada em 2008, no álbum “Yada Sal Məni, Sevgilim”.
De quem é a composição da música “Dedin Apar” de Ədalət Şükürov?
A música “Dedin Apar” de Ədalət Şükürov foi composta por Baba Vəziroğlu, Ədalət Şükürov.

Músicas mais populares de Ədalət Şükürov

Outros artistas de