Başı Bəlalı Sevgilim

İkram Əliyev

[Giriş]
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də, başa düşərsən sən

[Bənd 1]
Saçlarımın düzümünü pozan küləklər
Xəyalımdan keçənləri duyan ürəklər
Xoş arzular, saf duyğular, təmiz diləklər
Sənə olan məhəbbətimdir

Tənha keçən günlərimin xəyalı sevgim
İndi düşüb qismətimdən aralı sevgim
Gəl, ey mənim intizarım, bəlalı sevgim
Sənsiz qalmaq yaman çətindir

[Nəqərat]
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

[Bənd 2]
Hər görüşün xatirəsi sıxar qəlbimi
Çəkilməyən dəqiqələr alar səbrimi
Bir alovun dillərindən alır şam kimi
Yanıb gedən sədaqətimdir

Duya bilməz bu sevdanı həsrət çəkməyən
Bir həyatı viran edib uzaqlaşma sən
Nəyim varsa, bu sevdaya bağışlayım mən
Sənin eşqin, səadətindir

[Nəqərat]
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

[Çıxış]
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də başa düşərsən sən

Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də başa düşərsən sən

Curiosidades sobre a música Başı Bəlalı Sevgilim de Ədalət Şükürov

Quando a música “Başı Bəlalı Sevgilim” foi lançada por Ədalət Şükürov?
A música Başı Bəlalı Sevgilim foi lançada em 2005, no álbum “10 İl 10 Mahnı”.
De quem é a composição da música “Başı Bəlalı Sevgilim” de Ədalət Şükürov?
A música “Başı Bəlalı Sevgilim” de Ədalət Şükürov foi composta por İkram Əliyev.

Músicas mais populares de Ədalət Şükürov

Outros artistas de