Varam

Baba Süleymanlı, Kamran Əhmədov

Dalğalanır səsim aram-aram
Dinləyirsən məni, deməli, qəlbində varam
Yaraşıram repə, necə muğamdakı taram
Maraqlı deyilsiz mənə, işimə baxaram

Göstərir o sevgisini, yanıb-alışar
Çiynimdəki mələklər də məndən küsər, barışar
Şirniyyata axı qarışqalar necə daraşar?
Səsim tanış deyil sizə a, özüm tanışam

İşimiz ’’крутой’’, səviyyəmiz ağır
Məni bəyənmirsiz, sizi tanımıram axı
‘’Flow’’umuzun tüstüsünə gözləriniz axır
Axan gözləriniz baxır bizə paxıl-paxıl a

İstədiyim kimi (hm...)
Deyiləm istədiyin (hm...)
İçinizdəkini (hm...)
Bilir hamısını, bilir bu oğlan a

İstədiyim kimi (hm...)
Deyiləm istədiyin (hm...)
İçinizdəkini (hm...)
Bilir hamısını, bilir bu oğlan a

Músicas mais populares de Bender

Outros artistas de Rock'n'roll