Görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim

Hər gün daha çox tarıma çəkilir həyat bağlarım
Çətinə düşməmiş görünmür heç kimin iç üzü
Və daha çox dəyərə minir keçmiş çağlarım
Tanıyıram, insanların iki üzü var, dövranınsa var üç üzü
Çoxdan qar götürüb üstünü güvənilən dağların
Görən hər kəs yumub gözün
Mən sənə qəmxarikən sən həmdəm oldun özgəyə
Bel büküldü, üz qırışdı, sal nəzər hər cizgiyə
Turi-ömrüm keçdi hicranında, baxdım güzgüyə
Gəncliyimdən bir əlamət görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
Axtardım – tapa bilmədim, ona görə qapandım içimə mən
Öyrəndim – kəşf etdim özümü, illər boyu bələdəm gücümə mən
Dərs oldu – hər səhvim, ödədim zamanla əvəzini, gücləndim
Bəs oldu – deyəcək qədər səhv etdim, hazıram hücuma mən
Eşqimi qəlbimdə bilməzdim qərib eylər fələk
Hər nə qədri aşinalar var rəqib eylər fələk
Çox ümid etdim ki, xoş günlər nəsib eylər fələk
Gözlədim saatbasaat, görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə, səadət görmədim ki, görmədim